“River Pleyt”: məğlubiyyət seriyası 4 oyuna çatdı! | Icma.az
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Argentina çempionatının Klausura (bağlanış) mərhələsinin 12-ci turundan sonra A qrupunda 4 komandanın şərikli liderliyi pozuldu, B qrupunda isə “Deportivo Riestra” 1-ci pillədəki yerini qorudu."Football-plus.az" xəbər verir ki, A qrupunda maraqla gözlənilən “Barrakas Sentral” - “Boka Xuniors” oyunu qonaqların baş məşqçisi Migel Anxel Russonun 69 yaşında vəfatına görə təxirə salındı.
Bu zərurət hər iki komandanın cədvəldəki mövqeyinə mənfi təsir etdi: hesabat turu ərəfəsində şərikli liderlərdən olan “Boka Xuniors” 1-ci yerdən 4-ə, “Barrakas Sentral” isə 3-cü pillədən 6-ya düşdü.Tura şərikli liderlər kimi başlayan digər iki komandanın büdrəməsi diqqətdən yayınmadı.
“Union”un mövqeyini qorumaq cəhdi uğursuz alındı. Leonardo Madelonun çalışdırdığı komanda səfərdə “Sentral Kordoba”dan xal ala bilmədi.
1:3 hesablı məğlubiyyət santa feliləri topların fərqinə əsasən 2-ci yerdən 5-ə saldı.
“Sentral Kordoba” isə 9-cu yerdən 2-ci pilləyə yüksəldi.Tura topların fərqinə əsasən 4-cü yerdə başlayan “Estudiantes” də büdrədi.
“Belqrano”nun qonağı olan “tələbələr” məğlubiyyətdən rəqib oyunçunun son dəqqələrdə topu öz qapısına yönəltməsi ilə qaça bildilər – 1:1.
Qazanılan 1 xal “Estudiantes”i 3-cü yerə çıxardı.Tura hərəyə 16 xalla 5-7-ci yerləri bölüşməklə başlayan komandalardan “Tiqre” səfərdə “Nyuellz Old Boyz”dan 1 xal (1:1) alarkən, “Atletiko Urakan” “Aldosivi”yə məğlub oldu.
Tam oxu
Xəbəri oxu