Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

“River Pleyt”: məğlubiyyət seriyası 4 oyuna çatdı!

“River Pleyt”: məğlubiyyət seriyası 4 oyuna çatdı!

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Argentina çempionatının Klausura (bağlanış) mərhələsinin 12-ci turundan sonra A qrupunda 4 komandanın şərikli liderliyi pozuldu, B qrupunda isə “Deportivo Riestra” 1-ci pillədəki yerini qorudu.
"Football-plus.az" xəbər verir ki, A qrupunda maraqla gözlənilən “Barrakas Sentral” - “Boka Xuniors” oyunu qonaqların baş məşqçisi Migel Anxel Russonun 69 yaşında vəfatına görə təxirə salındı. Bu zərurət hər iki komandanın cədvəldəki mövqeyinə mənfi təsir etdi: hesabat turu ərəfəsində şərikli liderlərdən olan “Boka Xuniors” 1-ci yerdən 4-ə, “Barrakas Sentral” isə 3-cü pillədən 6-ya düşdü.
Tura şərikli liderlər kimi başlayan digər iki komandanın büdrəməsi diqqətdən yayınmadı. “Union”un mövqeyini qorumaq cəhdi uğursuz alındı. Leonardo Madelonun çalışdırdığı komanda səfərdə “Sentral Kordoba”dan xal ala bilmədi. 1:3 hesablı məğlubiyyət santa feliləri topların fərqinə əsasən 2-ci yerdən 5-ə saldı. “Sentral Kordoba” isə 9-cu yerdən 2-ci pilləyə yüksəldi.
Tura topların fərqinə əsasən 4-cü yerdə başlayan “Estudiantes” də büdrədi. “Belqrano”nun qonağı olan “tələbələr” məğlubiyyətdən rəqib oyunçunun son dəqqələrdə topu öz qapısına yönəltməsi ilə qaça bildilər – 1:1. Qazanılan 1 xal “Estudiantes”i 3-cü yerə çıxardı.
Tura hərəyə 16 xalla 5-7-ci yerləri bölüşməklə başlayan komandalardan “Tiqre” səfərdə “Nyuellz Old Boyz”dan 1 xal (1:1) alarkən, “Atletiko Urakan” “Aldosivi”yə məğlub oldu. Səfərdə iki cavabsız top buraxan vitse-çempion 8-ci yerə düşdü.
Tur “Defensa y Xustisiya” üçün çox düşərli oldu. “Arxentinos Xuniors”a 1:0 hesabıyla qalib gələn Mariano Sosonun komandası vahid liderliyi ələ aldı. “Sarı-yaşıllar”ın cədvəldə 4 pillə yüksəlməsinə məlum təxirəsalma ilə iki şərikli liderin xal itirməsinin də təsiri oldu.
B qrupunda 9-cu turdan sonra liderliyi ələ alan “Deportivo Riestra” yenə iki xal itirdi. Əvvəlki turda evdə “Veles Sarsfild” ilə 2:2 hesabına razılaşan Qustavo Benitesin komandası bu dəfə “Platense”dən səfərdə 1 xal aldı. Mövsümün Apertura (açılış) adlanan ilk mərhələsinin qalibi olan “Platense” ilə oyun 1:1 hesabıyla nəticələndi. Bu nəticə “Deportivo Riestra”nın 1-ci pillədəki yerini qorudu, son çempion isə 13-cü yerdə qaldı. Qeyri-sabit çıxışını davam etdirən Kristian Qonsalesin komandası pley-offa vəsiqə verən ilk “8-liy”ə düşmək şansını bir qədər də çətinləşdirdi.
Liderin əsas izləyicisi “Veles Sarsfild” öz meydanında “Rosario Sentral”a uduzdu. 1:2 hesablı məğlubiyyət paytaxt komandasını 3-cü yerə saldı. Ehiyatda bir oyunu olan “Rosario Sentral”ın Klausurada uduzmayan yeganə komanda olduğunu qeyd edək.
Əsas izləyicisi “Veles”in büdrəməsindən maksimum yararlandı. Autsayder “İndependyente” üzərində 2:0 hesablı qələbə “Lanus”u qrupda 2-ci yerə yüksəltdi. Maurisio Pelleqrinonun komandasını indi lider “Deportivo Riestra”dan yalnız bir xal geri qalır.
Qrup mərhələsi sona yaxınlaşdıqca “River Pleyt” azarkeşlərini az qala dəlilik həddinə çatdırmaqda davam edir. Tura 4-cü yerdə başlayan ölkə nəhəngi dərin böhrandan heç cür çıxa bilmir. Xatırladaq ki, 9-cu turda səfərdə “Atletiko Tukuman”dan (0:2) xal ala bilməyən “River” liderliyini itirmişdi. Onda Klausurada ilk dəfə uduzan Marselo Qalyardonun komandası “Deportivo Riestra” (1:2) və “Rosario Sentral”a (1:2) qarşı növbəti oyunlarda da hesabına xal yaza bilməmişdi. Paytaxt təmsilçisi bu dəfə minimal hesabla “Sarmyento”ya uduzdu. Evdə ortabab rəqibindən xal belə ala bilməyən “milyonçular”ın çempionatdakı məğlubiyyət seriyası 4-ə çatdı! 5-ci yerə və liderdən 6 xal geri düşən “River”in Libertadores Kubokunda mübarizəni 1/8 finalda dayandırandan sonra psixoloji planda böyük zərbə aldığını qeyd etmək olar.
qrup mərhələsi, 12-ci tur
Sentral Kordoba - Union 3:1
Qalvan, 35. Besotsi, 62. Perelyo, 90+5 – Kolaso, 79.
Belqrano - Estudiantes 1:1
N.Fernandes, 68 – Kompanyuççi, 90+4-öz qapısına.
Defensa y Xustisiya - Arxentinos Xuniors 1:0
Qutyerres, 47.
Nyuellz Old Boyz - Tiqre 1:1
Quç, 29 – Russo, 22.
Aldosivi - Atletiko Urakan 2:0
Quzman, 16. Serato, 90+3.
Platense - Deportivo Riestra 1:1
Salomon, 40 - A.Dias, 14.
Veles Sarsfild - Rosario Sentral 1:2
Lansini, 51 – Velis, 17. Malkorra, 90+7-p.
İndependyente - Lanus 0:2
Bou, 25. Kastilyo, 89.
River Pleyt - Sarmyento 0:1
Morales, 30.
San Lorenso - San Martin San Xuan 0:1
D.Qonsales, 77.
İnstituto - Atletiko Tukuman 2:0
Kordoba, 26. Lodiko, 82.
Ximnasiya - Talyeres de Kordoba 1:2
Merlini, 7 – Cirotti, 2. Şott, 90+3.
Banfild - Rasinq 1:3
Sepulveda, 90+3 – Sukulini, 26; 60. Balboa, 90+1.
İndependyente Rivadaviya - Qodoy Krus 0:0
“Barrakas Sentral” – “Boka Xuniors” oyunu təxirə salınıb.
A qrupu
1. Defensa y Xustisiya 12 5 4 3 13-10 19
2. Sentral Kordoba 12 4 6 2 15-10 18
3. Estudiantes 12 5 3 4 13-13 18
4. Boka Xuniors 11 4 5 2 18-8 17
5. Union 12 4 5 3 16-13 17
6. Barrakas Sentral 11 4 5 2 13-11 17
7. Tiqre 12 4 5 3 11-9 17
8. Atletiko Urakan 12 4 4 4 6-10 16
9. Arxentinos Xuniors 12 4 3 5 12-9 15
10. Belqrano 12 3 6 3 11-9 15
11. Rasinq 12 4 3 5 13-13 15
12. Banfild 12 4 2 6 10-17 14
13. İndependyente Rivadaviya 12 2 6 4 10-12 12
14. Nyuellz Old Boyz 12 2 5 5 10-18 11
15. Aldosivi 12 2 3 7 5-14 9
B qrupu
1. Deportivo Riestra 12 7 3 2 17-9 24
2. Lanus 12 7 2 3 13-9 23
3. Veles Sarsfild 12 6 4 2 17-9 22
4. Rosario Sentral 11 5 6 0 13-6 21
5. River Pleyt 12 5 3 4 18-12 18
6. San Lorenso 12 4 4 4 9-9 16
7. Atletiko Tukuman 12 4 3 5 13-13 15
8. Sarmyento 11 4 3 4 9-11 15
9. İnstituto 12 3 6 3 7-11 15
10. San Martin San Xuan 12 3 5 4 9-11 14
11. Talyeres de Kordoba 12 3 5 4 7-10 14
12. Ximnasiya 12 4 1 7 8-14 13
13. Platense 11 2 5 4 11-16 11
14. Qodoy Krus 12 1 7 4 9-14 10
15. İndependyente 11 0 6 5 6-12 6
Bombardirlər: R.Martines (Platense) - 7, Kastilyo (Lanus), Di Mariya (Rosario Sentral), Qaloppo (River Pleyt), X.Errera (Deportivo Riestra) - 5.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri