Robert Köçəryan saxlanıldı Özünün və oğlunun evində axtarış aparılır

25.08.2026

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bu gün səhər tezdən Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə News.am məlumat yayıb.
Komitədən bildirilib ki, Robert Köçəryan və onun oğlu Levon Köçəryanın evlərində axtarışlar aparılır.
“Bildiririk ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində korrupsiya xarakterli cinayətlərlə bağlı araşdırılan cinayət işi çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual tədbirlər həyata keçirilir”, - Komitənin sözçüsü Marina Ohancanyan bildirib.
O, zərurət yaranacağı təqdirdə əlavə məlumat veriləcəyini qeyd edib.
Qeyd olunur ki, avqustun 24-də Ermənistan Milli Assambleyasında hökumət proqramını təqdim etdikdən sonra deputatların suallarını cavablandıran Baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarına ölkənin ikinci prezidenti Robert Köçəryanın və üçüncü prezidenti Serj Sarkisyanın əmlakları ilə bağlı araşdırma aparılması barədə göstəriş verib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью