Robert Köçəryan saxlanıldı Özünün və oğlunun evində axtarış aparılır
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün səhər tezdən Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə News.am məlumat yayıb.
Komitədən bildirilib ki, Robert Köçəryan və onun oğlu Levon Köçəryanın evlərində axtarışlar aparılır.
“Bildiririk ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində korrupsiya xarakterli cinayətlərlə bağlı araşdırılan cinayət işi çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual tədbirlər həyata keçirilir”, - Komitənin sözçüsü Marina Ohancanyan bildirib.
O, zərurət yaranacağı təqdirdə əlavə məlumat veriləcəyini qeyd edib.
Qeyd olunur ki, avqustun 24-də Ermənistan Milli Assambleyasında hökumət proqramını təqdim etdikdən sonra deputatların suallarını cavablandıran Baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarına ölkənin ikinci prezidenti Robert Köçəryanın və üçüncü prezidenti Serj Sarkisyanın əmlakları ilə bağlı araşdırma aparılması barədə göstəriş verib.
Bu mövzuda digər xəbərlər:Robert Köçəryan saxlanıldı
25 Avqust 2026 09:23
Robert Köçəryan Antikorrupsiya Komitəsinə aparılıb, obyektlərində və oğlunun evində axtarış gedir YENİLƏNİB
25 Avqust 2026 09:45
Robert Köçəryan tərəfdarlarını topladı
28 Dekabr 2024 10:05
Məhkəmədə Robert Köçəryan ifşa olundu
14 Aprel 2025 23:43
Robert Köçəryan Paşinyanı tənqid edib
17 Fevral 2025 13:57
Baxış sayı:144
Bu xəbər 25 Avqust 2026 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















