Icma.az bildirir, Bizimyol portalına istinadən. “Müharibə cinayətləri bəlli olduğu kimi savaş qanunlarının və insan haqlarının ciddi şəkildə
Bu da çox vaxt cəmiyyət və beynəlxalq ictimaiyyət üçün ağır nəticələr gətirir.
Müharibə cinayətlərinin nəticələri onun qurbanlarına ən ağır səviyyədə, psixoloji və fiziki iztirablarla təsir edir.
Təəssüf ki müharibə cinayətlərinin icraçılarının məsuliyyətə cəlb edilməməsi beynəlxalq hüququ sarsıdır və ona olan inamı sarsıdır”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
Deputat qeyd edib ki, müharibə cinayətlərinin ən narahatedici nəticələrindən biri qanunun aliliyinin pozulmasıdır, xüsusən də bu cür cinayətlərə görə məsuliyyət daşıyanlar çox az və ya heç bir məsuliyyətlə üzləşmədikdə bu hal özünü göstərir.
Müşfiq Cəfərov “Ermənistan 30 illik işğalçılıq siyasəti dövründə saysız-hesabsız cinayətlər törədib.
Bu cinayətlər arasında Birinci Qarabağ müharibəsi dövründə 4 minə yaxın azərbaycanlının itkin düşməsi və onlara qarşı qeyri-insani rəftarları xüsusi yer tutur.