Icma.az
close
up
RU
Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... vətəndaşlarımızın qətlinin iştirakçıları cəzalandırılmalıdır

Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... vətəndaşlarımızın qətlinin iştirakçıları cəzalandırılmalıdır

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“Müharibə cinayətləri bəlli olduğu kimi savaş qanunlarının və insan haqlarının ciddi şəkildə pozulmasıdır. Bu da çox vaxt cəmiyyət və beynəlxalq ictimaiyyət üçün ağır nəticələr gətirir. Müharibə cinayətlərinin nəticələri onun qurbanlarına ən ağır səviyyədə, psixoloji və fiziki iztirablarla təsir edir. Təəssüf ki müharibə cinayətlərinin icraçılarının məsuliyyətə cəlb edilməməsi beynəlxalq hüququ sarsıdır və ona olan inamı sarsıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, müharibə cinayətlərinin ən narahatedici nəticələrindən biri qanunun aliliyinin pozulmasıdır, xüsusən də bu cür cinayətlərə görə məsuliyyət daşıyanlar çox az və ya heç bir məsuliyyətlə üzləşmədikdə bu hal özünü göstərir.

Müşfiq Cəfərov

“Ermənistan 30 illik işğalçılıq siyasəti dövründə saysız-hesabsız cinayətlər törədib. Bu cinayətlər arasında Birinci Qarabağ müharibəsi dövründə 4 minə yaxın azərbaycanlının itkin düşməsi və onlara qarşı qeyri-insani rəftarları xüsusi yer tutur. Ermənistanın beynəlxalq cinayətkar olmasını azad olunan ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar da sübut edir. Fərrux yüksəkliyində, Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqlar aşkar edildi. Daha sonra, Kəlbəcərin Başlıbel kəndində, Şuşa türməsinin ərazisində, Ağdam rayonunda, Kəlbəcərdə belə məzarlıqlar üzə çıxarıldı. Bir müddət əvvəl də Xocalı soyqırımının qurbanlarının bir hissəsinin kütləvi basdırıldığı ərazi aşkarlandı. Bütün bunlar erməni vandalizminin göstəriciləridir. Dəhşətlisi həm də odur ki, kütləvi məzarlıqda aşkar olunan cəsədlərdə zorakılıq halları aşkar olunub.

Birinci Qarabağ müharibəsində təxminən 3890 vətəndaşımız Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onların qətlində indi Ermənistanda azad şəkildə gəzən bir sıra şəxlərin, əslən, sabiq prezidentlər Robert Köçəryanın və Serj Sarkisyanın, keçmiş müdafiə naziri Seyran Ohanyanın iştirakı sirr deyil. Amma bu şəxslər hələ də əməllərinə görə layiqli cəzalarına çatmayıblar”.

Müşfiq Cəfərov qeyd edib ki, müharibə cinayətlərinin icraçıları məsuliyyətə cəlb edilmədikdə, bu cür hərəkətlərin münaqişə zamanı məqbul və hətta icazəli olduğu barədə təhlükəli fikir yaranır: Bu, beynəlxalq hüququ sarsıdır və soyqırım, müharibə və insanlığa qarşı digər cinayətlər kimi ağır hallara görə şəxsləri mühakimə etmək üçün nəzərdə tutulmuş Beynəlxalq Cinayət Məhkəməsi kimi hüquqi institutların etibarını zəiflədir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Dekabr 2024 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri