Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Turan Tovuz”un yarımmüdafiəçisi Roberto Olabenin Futbolxeber.az-a müsahibəsi - Azərbaycan Premyer Liqasının üçüncü turunda səfərdə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldiniz.
Görüşdə bağlı nə deyə bilərsiniz? - Qələbə qazandığımız üçün xoşbəxtik. Səfərə 3 xal üçün gəlmişdik.
Qələbəyə baxmayaraq, öz üzərimizdə daha da işləməliyik. Xeyli boşluqlarımız var.
Milli komandaların oyunu öncəsi yaranmış fasiləyə 3 xal qazanaraq yollanmağımız olduqca vacib idi.
- Vurduğunuz qol bir qədər gözlənilməz alındı. Həmin epizodu necə şərh edərdiniz? - Ola bilər bir qədər gözlənilməz olsun.
Bununla belə necə olur olsun, əsas odur ki, fərqlənməyi bacarmışam. Vurduğum qol komandaya 3 xal qazandırdı.
Ona görə də bunun elə bir fərqi yoxdur. - Ötən turdakı “Araz-Naxçıvan” məğlubiyyətindən sonra “Neftçi” ilə görüşə köklənmək nə dərəcədə çəti