Icma.az
close
up
RU
Roberto Olabe: “Son tura qədər çempionluq üçün döyüşəcəyik”

Roberto Olabe: “Son tura qədər çempionluq üçün döyüşəcəyik”

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Turan Tovuz”un yarımmüdafiəçisi Roberto Olabenin Futbolxeber.az-a müsahibəsi

- Azərbaycan Premyer Liqasının üçüncü turunda səfərdə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldiniz. Görüşdə bağlı nə deyə bilərsiniz?

- Qələbə qazandığımız üçün xoşbəxtik. Səfərə 3 xal üçün gəlmişdik. Qələbəyə baxmayaraq, öz üzərimizdə daha da işləməliyik. Xeyli boşluqlarımız var. Milli komandaların oyunu öncəsi yaranmış fasiləyə 3 xal qazanaraq yollanmağımız olduqca vacib idi.

- Vurduğunuz qol bir qədər gözlənilməz alındı. Həmin epizodu necə şərh edərdiniz?

- Ola bilər bir qədər gözlənilməz olsun. Bununla belə necə olur olsun, əsas odur ki, fərqlənməyi bacarmışam. Vurduğum qol komandaya 3 xal qazandırdı. Ona görə də bunun elə bir fərqi yoxdur.

- Ötən turdakı “Araz-Naxçıvan” məğlubiyyətindən sonra “Neftçi” ilə görüşə köklənmək nə dərəcədə çətin idi?

- Əlbəttə, "Neftçi" yaxşı oyunçulara sahibdir. Onlar bizimlə matçda baxımlı oyun nümayiş etdirdilər. Ona görə də qarşılaşma çətin alındı. Bilirdik ki, "Neftçi"yə qarşı səfərdə oynamaq ağır olacaq. Bununla belə, qələbə qazana bildik.

- Komandanızın ilk 3 turdakı çıxışını necə qiymətləndirirsiniz?

- Nəticələrimizi günbəgün yaxşılaşdırırıq. Heyətdə keyfiyyətli futbolçularımız var. Düşünürəm ki, belə davam etsək, daha böyük nəticələr qazana bilərik.

- “Turan Tovuz”un qarşısına çempionluq hədəfi qoyulub, komandanın bu vəzifənin öhdəsindən gəlməsi nə dərəcədə realdır?

- Niyə də yox? Hamımız bunu arzulayırıq. Çempion olmaq üçün öz üzərimizdə işləyirik. Ona görə də Premyer Liqanın son turuna qədər çempion olmaq üçün döyüşəcəyik.

- Azərbaycan Premyer Liqasının səviyyəsini necə dəyərləndirirsiniz?

- Çempionat olduqca gərgindir. Hər matçda rəqabətlilik səviyyəsi olduqca yüksəkdir. Bu çempionatda əzmkarlıq, sürət var. Topla oynamaq baxımından yüksək texnika nümayiş etdirilir. Azərbaycan çempionatında çıxış etmək olduqca vacib və yaxşı bir təcrübədir.

- Daha əvvəl Madrid “Atletiko”sunda oynadığınızı nəzərə alsaq, "Land of fire Azerbaijan" ifadəsi sizə nəsə deyir?

- Əlbəttə, çox şey deyir. Bilirəm ki, vaxtı ilə “Atletiko” və Azərbaycan arasında əməkdaşlıq olub. Bu ifadə mənim üçün də olduqca önəmlidir. Günbəgün burada olduqca bunun mənasını daha yaxşı anlayıram.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Sentyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri