Robot itləri gəzdirmək üçün işçi axtarılır

03.11.2026

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


ABŞ-nin San-Fransisko şəhərində (Kaliforniya ştatı) “Dimensional” texnologiya startapı saatı 20 dollara robot itləri gəzdirmək üçün işçi axtarır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə United Press International (UPI agentliyi )məlumat yayıb.
Məlumata görə, robot gəzdirənlər robotlarla gündə ən azı dörd-altı saat vaxt keçirməli, onları şəhərdəki ictimai yerlərdə gəzdirməlidirlər.
Namizədlər təxminən 15 kq ağırlığında avadanlıqları təhlükəsiz şəkildə daşıya bilməlidirlər. Onlar həmçinin sınmış robotları şirkət ofisinə qaytarmalıdırlar.
“Dimensional” şirkətinin təsisçisi Staş Pomixter şirkətin ağır fiziki əmək yerinə yetirə bilən robotlar üçün açıq mənbəli əməliyyat sistemi üzərində işlədiyini bildirib.
Onun sözlərinə görə, ilkin sınaqlar süni intellektin robotları idarə etməkdə insanlara nisbətən daha az effektiv olduğunu göstərib.
Məhz buna görə də, onlar robot itləri gəzdirmək üçün insanları cəlb etmək istədiklərini bildirib.
“Təcrübədən öyrəndik ki, süni intellekt hələ də avadanlıqları idarə etməkdə çox zəifdir. Bu prosesdə insanlara hələ də ehtiyac var”, - Pomixter qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью