Robot itləri gəzdirmək üçün işçi axtarılır
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin San-Fransisko şəhərində (Kaliforniya ştatı) “Dimensional” texnologiya startapı saatı 20 dollara robot itləri gəzdirmək üçün işçi axtarır.
Yeniavaz.com xəbər verir ki, bu barədə United Press International (UPI agentliyi )məlumat yayıb.
Məlumata görə, robot gəzdirənlər robotlarla gündə ən azı dörd-altı saat vaxt keçirməli, onları şəhərdəki ictimai yerlərdə gəzdirməlidirlər.
Namizədlər təxminən 15 kq ağırlığında avadanlıqları təhlükəsiz şəkildə daşıya bilməlidirlər. Onlar həmçinin sınmış robotları şirkət ofisinə qaytarmalıdırlar.
“Dimensional” şirkətinin təsisçisi Staş Pomixter şirkətin ağır fiziki əmək yerinə yetirə bilən robotlar üçün açıq mənbəli əməliyyat sistemi üzərində işlədiyini bildirib.
Onun sözlərinə görə, ilkin sınaqlar süni intellektin robotları idarə etməkdə insanlara nisbətən daha az effektiv olduğunu göstərib.
Məhz buna görə də, onlar robot itləri gəzdirmək üçün insanları cəlb etmək istədiklərini bildirib.
“Təcrübədən öyrəndik ki, süni intellekt hələ də avadanlıqları idarə etməkdə çox zəifdir. Bu prosesdə insanlara hələ də ehtiyac var”, - Pomixter qeyd edib.
Bu mövzuda digər xəbərlər:Robot itlərə baxıcı axtarılır İŞ RƏSMİDİR
07 Aprel 2025 13:06
Hərbi ehtiyaclar üçün itləri klonlaşdıracaqlar
23 Oktyabr 2026 09:52
Yaponiyada məhsul yığımı üçün robot yaradıldı
16 Aprel 2025 23:09
Hər kəs qulluq üçün robot istəyəcək”
22 Yanvar 2026 22:11
Robot Putin üçün rəqs etdi Video
20 Noyabr 2025 11:17
Baxış sayı:130
Bu xəbər 03 Noyabr 2026 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















