Rojeriu Santuş: Ev oyunlarımıza Gəncədə çıxmağı səbirsizliklə gözləyirik

20.07.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni mövsümə Azər Məmmədovun rəhbərliyi altında hazırlaşan "Kəpəz" 2024/2025 "futbol ili"nin sonunda klubla vidalaşmış qapıçı Rojeriu Santuşu geri qaytarıb.

Köhnə-yeni klubu ilə 1 mövsümlük müqavilə bağlayan portuqaliyalı qolkiper fikirlərini Fanat.Az-a bölüşüb.

"Qayıtdığım üçün çox şadam! İnsanlar məni çox səmimi qarşıladılar. Buna görə minnətdaram. Əvvəlki gəlişimdə də belə xoş münasibət görmüşdüm. Komanda məşqlərdə yaxşı işləyir, futbolçular yeni məşqçinin ideyalarını mümkün qədər tez mənimsəməyə çalışır. Hamımız mövsümü uğurlu keçirməyə köklənmişik".

Santuş "sarı-göylər"in bu mövsüm Gəncədə oynayacağını da xatırladıb: "Azarkeşlərimizə yaxın olmaq, doğma meydanda oynamaq bizim üçün çox önəmli məqamdır. Bu, son illərdə baş verməyən haldır. Ev oyunlarımıza Gəncədə çıxmağı səbirsizliklə gözləyirik. Uğurlu matçlar keçirmək, tərəfdarlarımıza sevinc bəxş etmək istəyirik".

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью