Rojeriu Santuş: Ev oyunlarımıza Gəncədə çıxmağı səbirsizliklə gözləyirik
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yeni mövsümə Azər Məmmədovun rəhbərliyi altında hazırlaşan "Kəpəz" 2024/2025 "futbol ili"nin sonunda klubla vidalaşmış qapıçı Rojeriu Santuşu geri qaytarıb.
Köhnə-yeni klubu ilə 1 mövsümlük müqavilə bağlayan portuqaliyalı qolkiper fikirlərini Fanat.Az-a bölüşüb.
"Qayıtdığım üçün çox şadam! İnsanlar məni çox səmimi qarşıladılar. Buna görə minnətdaram. Əvvəlki gəlişimdə də belə xoş münasibət görmüşdüm. Komanda məşqlərdə yaxşı işləyir, futbolçular yeni məşqçinin ideyalarını mümkün qədər tez mənimsəməyə çalışır. Hamımız mövsümü uğurlu keçirməyə köklənmişik".
Santuş "sarı-göylər"in bu mövsüm Gəncədə oynayacağını da xatırladıb: "Azarkeşlərimizə yaxın olmaq, doğma meydanda oynamaq bizim üçün çox önəmli məqamdır. Bu, son illərdə baş verməyən haldır. Ev oyunlarımıza Gəncədə çıxmağı səbirsizliklə gözləyirik. Uğurlu matçlar keçirmək, tərəfdarlarımıza sevinc bəxş etmək istəyirik".
Nihat
Baxış sayı:166
Bu xəbər 20 İyul 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















