Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliya Senatında bir neçə gün əvvəl “Ermənistan və Azərbaycan arasında sülh prosesinin dəstəklənməsinə yönəlmiş təşəbbüslər haqqında” qətnamə yekdilliklə - 112 səslə qəbul edilib.
Qətnamənin qəbulu zamanı Ermənistan parlamentinin spikeri Alen Simonyan İtaliya Parlamentində olub.
“Mən bugünkü müzakirələrə, görüşlərə və Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində atılan addımlara görə italiyalı tərəfdaşlarımıza təşəkkür edirəm” - deyən Simonyan İtalliya Senatında keçirilən dinləmələrdə də iştirak edib.
Alen Simonyan Senatın komissiyasının dinləmələrində çıxış edərək italiyalı deputatlara Ermənistanın mövqeyini çatdırıb, suallara cavab verib.
Alen Simonyan İtaliya Parlamentində sülh sazişindən, baş nazir Nikol Paşinyanın “Sülh qovşağı” təşəbbüsündən, ölkəsinin Avropa İttifaqına interqasiyasından və Azərbaycan həbsxanalarındakı erməni əsirlərdən (oxu: cinayətkarlardan) danışıb.
İtaliya Avropa İttifaqı ölkələri arasında Azərbaycanla ən sıx tərəfdaşlıq münasibətlər quranıdır.
İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Roma Parisdən fərqli olaraq erməni separatizminə dəstək verməyib, Azərbaycanın əraz