Icma.az
close
up
RU
Roma Parisdən fərqli olaraq erməni separatizminə dəstək verməyib

Roma Parisdən fərqli olaraq erməni separatizminə dəstək verməyib

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


İtaliya Senatında bir neçə gün əvvəl “Ermənistan və Azərbaycan arasında sülh prosesinin dəstəklənməsinə yönəlmiş təşəbbüslər haqqında” qətnamə yekdilliklə - 112 səslə qəbul edilib. Qətnamənin qəbulu zamanı Ermənistan parlamentinin spikeri Alen Simonyan İtaliya Parlamentində olub. “Mən bugünkü müzakirələrə, görüşlərə və Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində atılan addımlara görə italiyalı tərəfdaşlarımıza təşəkkür edirəm” - deyən Simonyan İtalliya Senatında keçirilən dinləmələrdə də iştirak edib. Alen Simonyan Senatın komissiyasının dinləmələrində çıxış edərək italiyalı deputatlara Ermənistanın mövqeyini çatdırıb, suallara cavab verib. Alen Simonyan İtaliya Parlamentində sülh sazişindən, baş nazir Nikol Paşinyanın “Sülh qovşağı” təşəbbüsündən, ölkəsinin Avropa İttifaqına interqasiyasından və Azərbaycan həbsxanalarındakı erməni əsirlərdən (oxu: cinayətkarlardan) danışıb.
İtaliya Avropa İttifaqı ölkələri arasında Azərbaycanla ən sıx tərəfdaşlıq münasibətlər quranıdır. İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Roma Parisdən fərqli olaraq erməni separatizminə dəstək verməyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Hər halda İtaliya Senatının qəbul etdiyi qətnamə Azərbaycan əleyhinə olmaz. Buna baxmayaraq, İtaliya Parlamentində Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarıyla bağlı dinləmələrə yalnız Ermənistan Parlamentinin sədrinin iştirakı sual yaradır. Niyə dinləmələrə və Azərbaycanla əlaqəli qətnamənin qəbuluna Ermənistan Parlamentinin sədri ilə yanaşı Milli Məclisin sədri də dəvət olunmayıb? Doğrudur, Milli Məclisin sədri Sahibə Qafarova bu ilin yanvar ayında İtaliyaya rəsmi səfəri çərçivəsində İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının və İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə görüşüb. Ancaq maraqlıdır ki, bölgəmizlə bağlı qətnamə Ermənistan Parlamentinin sədrinin iştirakı ilə qəbul olunub.
Elxan Şahinoğlu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Fevral 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri