Romelu Lukaku Belçika millisindəki karyerasını başa vurub

16.11.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Belçika millisinin hücumçusu Romelu Lukaku yığmadakı karyerasını başa vurmaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib.

Belçika millisinin heyətində 135 oyun keçirən Lukaku 94 qola imza atıb.

Təcrübəli hücumçu paylaşımında 16 il ərzində milli komanda üçün əlindən gələni etdiyini bildirib. Forvard birlikdə çıxış etdiyi komanda yoldaşlarına, ona güvənən məşqçilərə və Belçika azarkeşlərinə təşəkkürünü çatdırıb.

Lukaku ölkəsini 4 dünya çempionatı və 3 Avropa çempionatında təmsil etməkdən qürur duyduğunu vurğulayıb.

Qeyd edək ki, Romelu Lukaku hazırda Türkiyədə “Fənərbağça” klubunun formasını geyinir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью