Romelu Lukaku Belçika millisindəki karyerasını başa vurub
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 16 noyabr, AZƏRTAC
Belçika millisinin hücumçusu Romelu Lukaku yığmadakı karyerasını başa vurmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib.
Belçika millisinin heyətində 135 oyun keçirən Lukaku 94 qola imza atıb.
Təcrübəli hücumçu paylaşımında 16 il ərzində milli komanda üçün əlindən gələni etdiyini bildirib. Forvard birlikdə çıxış etdiyi komanda yoldaşlarına, ona güvənən məşqçilərə və Belçika azarkeşlərinə təşəkkürünü çatdırıb.
Lukaku ölkəsini 4 dünya çempionatı və 3 Avropa çempionatında təmsil etməkdən qürur duyduğunu vurğulayıb.
Qeyd edək ki, Romelu Lukaku hazırda Türkiyədə “Fənərbağça” klubunun formasını geyinir.
Bu mövzuda digər xəbərlər:Aksel Vitse Belçika millisindəki karyerasını başa vurub
17 Sentyabr 2026 14:22
Lukaku Belçika millisindən ayrıldı
25 Mart 2026 10:34
Romelu Lukaku heyətdən kənarlaşdırılır
31 Mart 2026 18:08
Romelu Lukaku Türkiyə yolunda
27 Mart 2026 20:14
Tibo Kurtua Belçika millisindəki karyerasını müvəqqəti dayandırıb
09 Sentyabr 2026 19:05
Baxış sayı:56
Bu xəbər 16 Noyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















