Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bir neçə gün əvvəl Kriştiano Ronaldonun 1000-ci qolunu vurmağı hədəflədiyini açıqlaması gündəm olmuşdu.
İdman.biz xəbər verir ki, karyerası ərzində 910 dəfə fərqlənən portuqaliyalı forvard bu gecə Xorvatiya ilə oyunda da rəqib qapısına yol tapmaqla qol hesabını artıra bilər.
Lionel Messi də, yəqin ki, “1000 qol” hədəfi barədə düşünür. Argentinalı indiyədək bütün yarışlarda 850 qol vurub.
Karyerasını davam etdirən digər futbolçulardan Robert Levandovski isə 1000-ə çatmaq üçün bundan sonra da 350 dəfə topu rəqib qapılarından keçirməlidir.
Polşalı 36 yaşınadək bunu 650 dəfə bacarıb. Digər idman növlərində də qol rekordları ilə bağlı qızğın yarış gedir. Məsələn, hokkeydə.
Bu gün “Golden Knights” ilə oyunda (5:2) het-trik edən “Capitals”ın sol cinah hücumçusu Aleksandr Oveçkin NHL-də qollarının sayını 866-ya çatdırıb.
Kriştiano Ronaldo kimi yaşı 39 olan rusiyalı hokkeyçi ondan fərqli, hələ ki, 1000 qol vurmağı hədəfləmir.