Icma.az
close
up
RU
Ronaldo 910, Messi 850, Oveçkin 866: rekordlara doğru İdman və Biz

Ronaldo 910, Messi 850, Oveçkin 866: rekordlara doğru İdman və Biz

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir neçə gün əvvəl Kriştiano Ronaldonun 1000-ci qolunu vurmağı hədəflədiyini açıqlaması gündəm olmuşdu.

İdman.biz xəbər verir ki, karyerası ərzində 910 dəfə fərqlənən portuqaliyalı forvard bu gecə Xorvatiya ilə oyunda da rəqib qapısına yol tapmaqla qol hesabını artıra bilər.

Lionel Messi də, yəqin ki, “1000 qol” hədəfi barədə düşünür. Argentinalı indiyədək bütün yarışlarda 850 qol vurub.
Karyerasını davam etdirən digər futbolçulardan Robert Levandovski isə 1000-ə çatmaq üçün bundan sonra da 350 dəfə topu rəqib qapılarından keçirməlidir. Polşalı 36 yaşınadək bunu 650 dəfə bacarıb.

Digər idman növlərində də qol rekordları ilə bağlı qızğın yarış gedir. Məsələn, hokkeydə. Bu gün “Golden Knights” ilə oyunda (5:2) het-trik edən “Capitals”ın sol cinah hücumçusu Aleksandr Oveçkin NHL-də qollarının sayını 866-ya çatdırıb. Kriştiano Ronaldo kimi yaşı 39 olan rusiyalı hokkeyçi ondan fərqli, hələ ki, 1000 qol vurmağı hədəfləmir. Oveçkin NHL-də 894 dəfə fərqlənmiş Ueyn Qretskinin rekordunu yeniləməyin izindədir.

Tanınmış rusiyalı jurnalist İqor Rabiner də Oveçkinlə bağlı çox nikbindir: “Baxın, mən getdikcə daha çox inanmağa başlayıram ki, Qretskinin rekordu bu mövsüm yenilənə bilər. Tfu-tfu-tfu! Kaş səhhəti qaydasında olsun. Dahiyə çatmağa 28, şəxsi rekorda isə 29 qol qalıb”.

Bu il müsahibələrinin birində Oveçkin belə deyib: “Lokaut və pandemiya yaşanmasa idi, fikrimcə, Qretskinin rekordu artıq qırılmış olardı. Amma təəssüf ki, həyatda belə məqamlar olur”.

Vaşinqton klubunun kapitanı bildirir ki, Qretskinin özü çətin anlarda ona dəstək olur. "Oyunum alınmayanda Qretski bəzən mənə yazır: "Narahat olma, hər şey alınacaq”. O mənim tərəfimdədir. Əgər Qretski kimi insan məni dəstəkləyirsə, bu, çox əladır. O, dünyanın ən yaxşı oyunçusu və gözəl insandır”, - NHL saytı Oveçkindən belə sitat gətirir.

Futbolla başladığımız mövzunu futbolla da bitirək. Rusiyalı hokkeyçi “Messi, yoxsa Ronaldo?” sualına belə cavab verib: “Əlbəttə, Messi. Əvvəldən o, “Barselona”ya gələndə demişdim: “Bu ən bəyəndiyim oyunçudur”. İdman nailiyyətlərinə görə. Onunla tanışam, amma necə bir insan olduğunu bilmirəm. Sadəcə Messinin topla etdiklərindən xoşum gəlir. Ronaldonun sürəti və zərbəsi var. Amma istənilən futbolçudan soruşun, məncə, çoxu “Messi” deyəcək”.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Noyabr 2024 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri