Ronaldo “Əl Nəsr”də ən ağır məğlubiyyətini yaşadı

15.09.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda ən ağır məğlubiyyətini alıb.

Apasport.az xəbər verir ki, portuqaliyalı hücumçunun komandası AFC Çempionlar Liqasının ilk turunda “Əl-Ayn”a 0:4 hesabı ilə uduzub.

Ronaldo sonuncu dəfə dörd top fərqi ilə 2022-ci ildə “Mançester Yunayted”də çıxış edərkən məğlub olub. İngiltərə təmsilçisi həmin il “Brentford” və “Brayton”la görüşlərdə eyni fərqlə uduzub.

Bunadək 41 yaşlı futbolçunun “Əl-Nəsr”də ən ağır məğlubiyyətləri “Əl-Hilal”la matçlarda qeydə alınıb. Onun komandası Səudiyyə Ərəbistanı çempionatında 0:3, ölkə Superkubokunda isə 1:4 hesabı ilə rəqibinə məğlub olub.

Qeyd edək ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir.

“Trabzonspor” Konyadan məğlub qayıdır Messi qol ötürməsi etdi, komandası 1 xal qazandı Xetafedə qollu bərabərlik “Göztepe” evdə məğlub oldu, “Alanyaspor”dan qələbə A Seriyası: “Yuventus” “Milan”la bacarmadı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью