Ronaldo “Əl Nəsr”də ən ağır məğlubiyyətini yaşadı
Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda ən ağır məğlubiyyətini alıb.
Apasport.az xəbər verir ki, portuqaliyalı hücumçunun komandası AFC Çempionlar Liqasının ilk turunda “Əl-Ayn”a 0:4 hesabı ilə uduzub.
Ronaldo sonuncu dəfə dörd top fərqi ilə 2022-ci ildə “Mançester Yunayted”də çıxış edərkən məğlub olub. İngiltərə təmsilçisi həmin il “Brentford” və “Brayton”la görüşlərdə eyni fərqlə uduzub.
Bunadək 41 yaşlı futbolçunun “Əl-Nəsr”də ən ağır məğlubiyyətləri “Əl-Hilal”la matçlarda qeydə alınıb. Onun komandası Səudiyyə Ərəbistanı çempionatında 0:3, ölkə Superkubokunda isə 1:4 hesabı ilə rəqibinə məğlub olub.
Qeyd edək ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir.
“Trabzonspor” Konyadan məğlub qayıdır Messi qol ötürməsi etdi, komandası 1 xal qazandı Xetafedə qollu bərabərlik “Göztepe” evdə məğlub oldu, “Alanyaspor”dan qələbə A Seriyası: “Yuventus” “Milan”la bacarmadı
Baxış sayı:143
Bu xəbər 15 Sentyabr 2026 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















