Ronaldo ilk filmini çəkdi Hollivud ulduzlarını bir araya gətirdi

07.11.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ronaldo ilk filmini çəkdi – Hollivud ulduzlarını bir araya gətirdi

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo kinematoqrafiya sahəsində də özünü sınayıb.

QOL.az xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu britaniyalı rejissor Metyu Vonla əməkdaşlıq edərək ilk tammetrajlı filmini ərsəyə gətirib. Bu barədə ABŞ-ın “Deadline” nəşri məlumat yayıb.

“Stuntmen” (“Kaskadyorlar”) adlanan komediya və döyüş janrındakı film iki kaskadyorun macəralarından bəhs edir. Ekran əsərində baş rolları Hollivud ulduzları Kris Hemsvort və “Oskar” mükafatçısı Sem Rokvell canlandırıblar.

Bundan başqa, Ronaldo aktyor Mett Deymonu da filmdə kiçik epizodik rolda çəkilməyə şəxsən dəvət edib.

Filmin yaxın günlərdə ABŞ-da keçiriləcək “American Film Market” (AFM) kino bazarında rəsmi təqdimatı nəzərdə tutulub. Yaradıcı heyət ekran əsərinin dünya miqyasında fəaliyyət göstərən böyük distribütor şirkət və ya striminq platforması ilə satışına dair razılıq əldə etməyi planlaşdırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью