Ronaldo ilk filmini çəkdi Hollivud ulduzlarını bir araya gətirdi
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo kinematoqrafiya sahəsində də özünü sınayıb.
QOL.az xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu britaniyalı rejissor Metyu Vonla əməkdaşlıq edərək ilk tammetrajlı filmini ərsəyə gətirib. Bu barədə ABŞ-ın “Deadline” nəşri məlumat yayıb.
“Stuntmen” (“Kaskadyorlar”) adlanan komediya və döyüş janrındakı film iki kaskadyorun macəralarından bəhs edir. Ekran əsərində baş rolları Hollivud ulduzları Kris Hemsvort və “Oskar” mükafatçısı Sem Rokvell canlandırıblar.
Bundan başqa, Ronaldo aktyor Mett Deymonu da filmdə kiçik epizodik rolda çəkilməyə şəxsən dəvət edib.
Filmin yaxın günlərdə ABŞ-da keçiriləcək “American Film Market” (AFM) kino bazarında rəsmi təqdimatı nəzərdə tutulub. Yaradıcı heyət ekran əsərinin dünya miqyasında fəaliyyət göstərən böyük distribütor şirkət və ya striminq platforması ilə satışına dair razılıq əldə etməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 07 Noyabr 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















