Ronaldo serialda çıxış edəcək

12.11.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya futbolunun əfsanəvi siması Kriştiano Ronaldo karyerasında ilk dəfə bədii televiziya serialının prodüseri və aktyoru qismində çıxış edəcək.

“Yeni Sabah” xəbər verir ki, portuqaliyalı ulduz tanınmış rejissor Metyü Vauqın ilə birlikdə futbol agentlərinin sərt və maraqlı dünyasından bəhs edən "Day 1s" adlı serialın hazırlıqlarına başlayıb.

Geniş izləyici kütləsi toplamağa iddialı olan layihədə təkcə Ronaldo deyil, bir sıra dünyaşöhrətli simalar da yer alacaq. Serialda Kriştiano Ronaldo ilə yanaşı, əfsanəvi futbolçu Tyerri Anri tanınmış britaniyalı repçi Deyv və "Homeland" serialının ulduzu Demian Luis rol alacaq. Bakıda online alış-veriş

Ekran əsərinin əsas qəhrəmanı  nüfuzlu britaniyalı futbol agenti Stenli Dalton obrazını isə Demian Luis canlandıracaq. Ronaldo və Matthew Vaughnun birgə yaratdıqları “UR Marv Studios” tərəfindən həyata keçirilən serialın çəkilişlərinə 2026-cı ilin iyul ayında Londonda start verilib.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью