Ronaldo serialda çıxış edəcək
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünya futbolunun əfsanəvi siması Kriştiano Ronaldo karyerasında ilk dəfə bədii televiziya serialının prodüseri və aktyoru qismində çıxış edəcək.
“Yeni Sabah” xəbər verir ki, portuqaliyalı ulduz tanınmış rejissor Metyü Vauqın ilə birlikdə futbol agentlərinin sərt və maraqlı dünyasından bəhs edən "Day 1s" adlı serialın hazırlıqlarına başlayıb.
Geniş izləyici kütləsi toplamağa iddialı olan layihədə təkcə Ronaldo deyil, bir sıra dünyaşöhrətli simalar da yer alacaq. Serialda Kriştiano Ronaldo ilə yanaşı, əfsanəvi futbolçu Tyerri Anri tanınmış britaniyalı repçi Deyv və "Homeland" serialının ulduzu Demian Luis rol alacaq. Bakıda online alış-veriş
Ekran əsərinin əsas qəhrəmanı nüfuzlu britaniyalı futbol agenti Stenli Dalton obrazını isə Demian Luis canlandıracaq. Ronaldo və Matthew Vaughnun birgə yaratdıqları “UR Marv Studios” tərəfindən həyata keçirilən serialın çəkilişlərinə 2026-cı ilin iyul ayında Londonda start verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 12 Noyabr 2026 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















