“Ronaldo Tehrana getməyəcək, orada onu şallaq cəzası gözləyir“ İRNA agentliyi | Icma.az
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq. "Ronaldo əvvəlki səfərində yerli qanunları pozub, bu da ona qarşı 99 şallaq nəzərdə t
Moderator.az xəbər verir ki, bu barədə İranın "İrna" agentliyi məlumat verib.
Məlumatda deyilir ki, Ər-Riyad təmsilçisi Tehranda meydana çıxacaq, lakin matçın iştirakçı siyahısı açıqlananda məlum olub ki, Ronaldo bu oyunda olmayacaq.
Mətbuatda yayılan məlumatlara görə, müasir futbolun ən yaxşı oyunçularından biri təhlükəsizlik səbəbilə İrana getməmək qərarına gəlib.
Jurnalistlər xatırladıb ki, futbolçunun əvvəlki səfərində onu görmək istəyən izdihamın yaratdığı qarışıqlıq səbəbindən ölkədə çaxnaşma yaşanıb.
Lakin böyük ehtimalla portuqaliyalı ulduzun Tehrana getməməsinin əsas səbəbi başqadır.
Belə ki, əvvəlki səfərində o, yerli qanunlardan birini pozub və bu, ona qarşı 99 şallaq cəzası nəzərdə tutur.
Bu hadisəyə səbəb isə onun iranlı rəssam Fatimə Həmani ilə görüşü olub.
Tam oxu
Xəbəri oxu