Icma.az
close
up
RU
“Ronaldo Tehrana getməyəcək, orada onu şallaq cəzası gözləyir“ İRNA agentliyi

“Ronaldo Tehrana getməyəcək, orada onu şallaq cəzası gözləyir“ İRNA agentliyi

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Ronaldo əvvəlki səfərində yerli qanunları pozub, bu da ona qarşı 99 şallaq nəzərdə tutur..."

Məşhur portuqaliyalı futbolçu Kriştianu Ronaldo "təhlükəsizlik səbəbləri" ilə bağlı Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun Asiya Çempionlar Liqasının 1/8 final mərhələsində İranın "Esteqlal" komandasına qarşı keçirəcəyi səfər oyununa getməyib.

Moderator.az xəbər verir ki, bu barədə İranın "İrna" agentliyi məlumat verib.

Məlumatda deyilir ki, Ər-Riyad təmsilçisi Tehranda meydana çıxacaq, lakin matçın iştirakçı siyahısı açıqlananda məlum olub ki, Ronaldo bu oyunda olmayacaq.

Mətbuatda yayılan məlumatlara görə, müasir futbolun ən yaxşı oyunçularından biri təhlükəsizlik səbəbilə İrana getməmək qərarına gəlib. Jurnalistlər xatırladıb ki, futbolçunun əvvəlki səfərində onu görmək istəyən izdihamın yaratdığı qarışıqlıq səbəbindən ölkədə çaxnaşma yaşanıb.

Lakin böyük ehtimalla portuqaliyalı ulduzun Tehrana getməməsinin əsas səbəbi başqadır. Belə ki, əvvəlki səfərində o, yerli qanunlardan birini pozub və bu, ona qarşı 99 şallaq cəzası nəzərdə tutur.

Bu hadisəyə səbəb isə onun iranlı rəssam Fatimə Həmani ilə görüşü olub. Serebral iflicdən əziyyət çəkən Həmani əl barmaqları ilə deyil, ayaq barmaqları ilə rəsmlər çəkir. Onun yaradıcılığında futbol mühüm yer tutur və o, həm Ronaldonun, həm də onun əzəli rəqibi, argentinalı Lionel Messinin portretlərini çəkib.

Portuqaliyalı futbolçu Həmani ilə görüş zamanı onu qucaqlayıb və başından öpüb. İran qanunlarına görə, bu jestlər evlilik xaricində münasibət kimi qiymətləndirilə bilər və bu, xəyanət sayılır. Bu hərəkətə görə tətbiq olunan cəza isə şallaqdır.

Bu hadisə geniş rezonans doğurub, İslam qanunlarının müdafiəçiləri və fəallar məsələni gündəmə gətirib. İran hakimiyyəti həmin vaxt futbolçuya rəsmi ittiham irəli sürməyib və hətta bəzi dövlət rəsmiləri Ronaldonun şallaq cəzası ilə üzləşməyəcəyini bildirib. Lakin bu açıqlama yalnız mübahisələri daha da alovlandırıb.

Görünən odur ki, Ronaldo bu hadisəni unutmayıb və bir daha risk etməmək qərarına gəlib. Üstəlik, son vaxtlar İranda Qərb vətəndaşlarının girov götürülməsi halları artıb.

"Əl-Nəsr" rəhbərliyi əsas ulduzunun "Esteqlal" ilə qarşılaşmada iştirak etməsi üçün matçın neytral ölkəyə keçirilməsinə çalışsa da, iranlılar buna razı olmayıb.

Beləliklə, Ronaldo Tehran təmsilçisinə qarşı yalnız martın 10-da Ər-Riyadda keçiriləcək cavab oyununda meydanda ola biləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Mart 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri