Ronaldodan növbəti boykot

21.12.2024

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kriştiano Ronaldo FİFA-nın “The Best” mükafatının səsverməsində iştirak etməyib.

39 yaşlı hücumçu səs verməkdən imtina edib. Onun əvəzinə səsvermədə Portuqaliya yığmasının və “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva iştirak edib. O, 2024-cü ilin ən yaxşı oyunçusu mükafatını müəyyənləşdirən səsvermədə yarımmüdafiəçi komanda yoldaşı Rodrini 1-ci, Vinisius Junioru (Real) 2-ci, Erlinq Holannı (Mançester Siti) isə 3-cü yerə layiq bilib. Qeyd edək ki, 2024-cü ilin ən yaxşı futbolçusu Vinisius Junior seçilib.
Yeri gəlmişkən, Ronaldo ötən il də “The Best”in səsverməsini boykot etmişdi. Onun əvəzinə artıq karyerasını başa vuran müdafiəçi Pepe səs vermişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью