Ronaldodan növbəti boykot
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kriştiano Ronaldo FİFA-nın “The Best” mükafatının səsverməsində iştirak etməyib.
39 yaşlı hücumçu səs verməkdən imtina edib. Onun əvəzinə səsvermədə Portuqaliya yığmasının və “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva iştirak edib. O, 2024-cü ilin ən yaxşı oyunçusu mükafatını müəyyənləşdirən səsvermədə yarımmüdafiəçi komanda yoldaşı Rodrini 1-ci, Vinisius Junioru (Real) 2-ci, Erlinq Holannı (Mançester Siti) isə 3-cü yerə layiq bilib. Qeyd edək ki, 2024-cü ilin ən yaxşı futbolçusu Vinisius Junior seçilib.
Yeri gəlmişkən, Ronaldo ötən il də “The Best”in səsverməsini boykot etmişdi. Onun əvəzinə artıq karyerasını başa vuran müdafiəçi Pepe səs vermişdi.
Baxış sayı:137
Bu xəbər 21 Dekabr 2024 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















