Ronaldoya 6 aylıq qadağa qoyulacaq

01.10.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kriştiano Ronaldo Portuqaliya millisinin düşərgəsini icazəsiz tərk etdiyinə görə altı aya qədər diskvalifikasiya ilə üzləşə bilər.

Bakıvaxtı.az xəbər verir ki,  “A Bola”nın məlumatına görə, Portuqaliya Futbol Federasiyasının qaydaları belə pozuntuya görə bir aydan altı aya qədər milli komandadan kənarlaşdırma və ya cərimə nəzərdə tutur.

Qeyd edək ki, bu gün Portuqaliya Millətlər Liqasında Danimarka ilə qarşılaşacaq. İki turdan sonra Portuqaliya A4 qrupunda 6 xalla liderdir. Danimarka və Norveç isə 3 xalla turnir cədvəlində növbəti pillələrdə qərarlaşıb.

Xatırladaq ki, 41 yaşlı Ronaldo milli komandanın heyətində 146 qolla ən çox qol vuran və 234 oyunla ən çox matç keçirən futbolçudur.

Murad İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью