Ronaldoya 6 aylıq qadağa qoyulacaq
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kriştiano Ronaldo Portuqaliya millisinin düşərgəsini icazəsiz tərk etdiyinə görə altı aya qədər diskvalifikasiya ilə üzləşə bilər.
Bakıvaxtı.az xəbər verir ki, “A Bola”nın məlumatına görə, Portuqaliya Futbol Federasiyasının qaydaları belə pozuntuya görə bir aydan altı aya qədər milli komandadan kənarlaşdırma və ya cərimə nəzərdə tutur.
Qeyd edək ki, bu gün Portuqaliya Millətlər Liqasında Danimarka ilə qarşılaşacaq. İki turdan sonra Portuqaliya A4 qrupunda 6 xalla liderdir. Danimarka və Norveç isə 3 xalla turnir cədvəlində növbəti pillələrdə qərarlaşıb.
Xatırladaq ki, 41 yaşlı Ronaldo milli komandanın heyətində 146 qolla ən çox qol vuran və 234 oyunla ən çox matç keçirən futbolçudur.
Murad İsmayıl
Baxış sayı:61
Bu xəbər 01 Oktyabr 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















