Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
...Deməli, Rostov-na-Donuda, Krasnoarmeyskaya küçəsi, 97 ünvanında yerləşən qədim məscid binası yanıb.
SİA xəbər verir ki, bu barədə MK.ru məlumat yayıb. Hadisə iyulun 18-i cümə günü axşam saatlarında baş verib.
Tarixi məscid binasına dəymiş ziyanın nə dərəcədə ciddi olduğu və onu bərpa etmək mümkün olub-olmadığı məlum deyil.
Qeyd edək ki, məscid 1905-ci ildə tikilib və 1963-cü ilə qədər məscid kimi fəaliyyət göstərib.
Sonra rus başbilənləri məscidi dini bina statusundan məhrum edib və binadan anbar kimi istifadə ediblər.
Bina sonradan əvvəlcə idman zalına, sonra isə ordu klubuna çevrilib.
Üstəlik, məscid binası əsas elementlərindən - günbəzdən və minarədən məhrum idi.