Icma.az
close
up
RU
Rostovdakı tarixi məscid yandırıldı, amma müsəlmanlara qaytarılmadı..?

Rostovdakı tarixi məscid yandırıldı, amma müsəlmanlara qaytarılmadı..?

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

...Deməli, Rostov-na-Donuda, Krasnoarmeyskaya küçəsi, 97 ünvanında yerləşən qədim məscid binası yanıb.

SİA xəbər verir ki, bu barədə MK.ru məlumat yayıb.

Hadisə iyulun 18-i cümə günü axşam saatlarında baş verib.

Tarixi məscid binasına dəymiş ziyanın nə dərəcədə ciddi olduğu və onu bərpa etmək mümkün olub-olmadığı məlum deyil.

Qeyd edək ki, məscid 1905-ci ildə tikilib və 1963-cü ilə qədər məscid kimi fəaliyyət göstərib.

Sonra rus başbilənləri məscidi dini bina statusundan məhrum edib və binadan anbar kimi istifadə ediblər.

Bina sonradan əvvəlcə idman zalına, sonra isə ordu klubuna çevrilib.

Üstəlik, məscid binası əsas elementlərindən - günbəzdən və minarədən məhrum idi. Uzun illərdir ki, məscid binasının müsəlman icmasına qaytarılması ilə bağlı hüquqi mübarizə gedirdi.

Ancaq yerli hakimiyyət heç vaxt buna icazə verməyib.

2021-ci ildə yerli başbilənlər məscid binasını musiqi məktəbinə çevirmək istədilər.

Lakin son bir neçə ildə bina boş qalıb. İndi tarixi məsciddə baş verən yanğının hansı şəraitdə baş verdiyini araşdıran müstəntiqlər bunun qəza olub-olmaması və ya baş verənlərdə cinayət tərkibinin olub-olmaması sualına cavab verməli olacaqlar.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 İyul 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri