Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Siz təkcə onu dəstəkləmirsiniz, iddia edilən korrupsiyaya görə birbaşa siyasi məsuliyyət də daşıyırsınız" “Gümrü meri Vardan Qukasyanı müdafiə edən siyasi qüvvələr onun əməllərinə görə məsuliyyət daşıyırlar”.
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin müxalif deputatlarına müraciətində vitse-spiker Ruben Rubinyan deyib.
O əlavə edib ki, “Qukasyanın hazırkı müxalifətlə eyni siyasi qüvvələrin qanadına mənsub olduğunu nəzərə alsaq, bu, təəccüblü deyil”.
"Siz təkcə onu dəstəkləmirsiniz, iddia edilən korrupsiyaya görə birbaşa siyasi məsuliyyət də daşıyırsınız", - Rubinyan “Ermənistan” və "Şərəfim var" fraksiyalarının nümayəndələrinə müraciət edərək bildirib.
Vitse-spiker iddia edib ki, bu qüvvələrlə əlaqəsi olan siyasətçilər Gümrüyə mer seçiblər: “O da Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin iddiasına görə, vəzifəsinin icrasına başladığı cəmi altı ay ərzində korrupsiya əməlinə yol verib”.
“Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan isə cavabında bildirib ki, “hakimiyyət öz opponentlərini təbliğatla ləkələməyə çalışır, sonra isə addım atmağa başlayır”.
"Bundan başqa, siz təqsirsizlik prezumpsiyasını pozursunuz. Bu şəxs barəsində yekun məhkəmə hökmü yoxdur", - Minasyan bildirib.