Icma.az
close
up
RU
Rubinyan müxalifəti Gümrü merini müdafiə etdiyinə görə hədələyib

Rubinyan müxalifəti Gümrü merini müdafiə etdiyinə görə hədələyib

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Siz təkcə onu dəstəkləmirsiniz, iddia edilən korrupsiyaya görə birbaşa siyasi məsuliyyət də daşıyırsınız"

“Gümrü meri Vardan Qukasyanı müdafiə edən siyasi qüvvələr onun əməllərinə görə məsuliyyət daşıyırlar”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin müxalif deputatlarına müraciətində vitse-spiker Ruben Rubinyan deyib.

O əlavə edib ki, “Qukasyanın hazırkı müxalifətlə eyni siyasi qüvvələrin qanadına mənsub olduğunu nəzərə alsaq, bu, təəccüblü deyil”.

"Siz təkcə onu dəstəkləmirsiniz, iddia edilən korrupsiyaya görə birbaşa siyasi məsuliyyət də daşıyırsınız", - Rubinyan “Ermənistan” və "Şərəfim var" fraksiyalarının nümayəndələrinə müraciət edərək bildirib.

Vitse-spiker iddia edib ki, bu qüvvələrlə əlaqəsi olan siyasətçilər Gümrüyə mer seçiblər: “O da Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin iddiasına görə, vəzifəsinin icrasına başladığı cəmi altı ay ərzində korrupsiya əməlinə yol verib”.

“Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan isə cavabında bildirib ki, “hakimiyyət öz opponentlərini təbliğatla ləkələməyə çalışır, sonra isə addım atmağa başlayır”.

"Bundan başqa, siz təqsirsizlik prezumpsiyasını pozursunuz. Bu şəxs barəsində yekun məhkəmə hökmü yoxdur", - Minasyan bildirib.

Bundan əvvəl “Ermənistan” fraksiyası Baş nazir Nikol Paşinyanın parlamentdə oktyabrın 1-də Vardan Qukasyanı Gümrü meri seçkiləri zamanı seçicilərə rüşvət verməkdə ittiham edərək, onun mer seçkisini “anlaşılmazlıq” adlandırıb, vəziyyəti “düzəltməyə” söz verdiyi bəyanatını xatırladıb.

Oktyabrın 20-də hüquq-mühafizə orqanlarının əməkdaşları Vardan Qukasyanı Gümrü meriyasında saxlayıb. Ertəsi gün isə o iki ay müddətinə həbs edilib. İri miqyasda rüşvət alma işi ilə bağlı 7 nəfər saxlanılıb, onlardan biri sonradan ev dustaqlığına buraxılıb.

İstintaqın məlumatına görə, mer və meriyanın baş memarı Qaregin Njde küçəsində təxminən 1500 kvadratmetrlik qanunsuz tikilinin sökülməməsinə razılaşıb, ev sahibindən təxminən 10 min dollar tələb edib və alıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://ayna.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri