Rubio: ABŞ istehsal gücünü itirdiyi üçün Çindən asılı vəziyyətə düşüb | Icma.az
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Soyuq müharibənin başa çatmasından sonra ABŞ könüllü şəkildə öz istehsal potensialından imtina edib və bu, ölkəni potensial rəqiblərdən, o cümlədən Çindən asılı vəziyyətə salıb.
Bizimyol.info xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi Marko Rubio çərşənbə axşamı qeyri-hökumət analitik mərkəzi olan “Amerika Kompası” tərəfindən təşkil olunmuş konfransda səsləndirib.
Onun sözlərinə görə, Sovet İttifaqının süqutundan sonra ABŞ-da belə bir fikir formalaşmışdı ki, “iqtisadi suverenlik artıq əhəmiyyət kəsb etmir” və “məhsulların harada istehsal olunması artıq önəmli deyil”.
Rubioya görə, ABŞ-da hesab edilirdi ki, “istehsalın başqa ölkələrə köçürülməsi tamamilə normal bir haldır”.
“Amma bunun nəticəsində ölkəmiz istehsal gücünü itirdi,” – deyə Rubio əlavə edib və bunun “iqtisadiyyata zərər vurduğunu”, həmçinin iş yerlərinin azalmasına səbəb olduğunu vurğulayıb.
“Bundan başqa, biz məhsul istehsal etmək imkanımızı da itirdik ki, bu da milli təhlükəsizliyimizi ciddi şəkildə zəiflətdi,” – deyə o bildirib.
Rubio çıxışında qeyd edib ki, “illərlə davam edən laqeyd münasibət və sənaye imkanlarının itirilməsi nəticəsində biz təkcə cəmiyyətə və iqtisadiyyata zərər vurmadıq, həm də qlobal mövqelərimizi zəiflətmiş olduq”.
Tam oxu
Xəbəri oxu