Icma.az
close
up
RU
Rubio: ABŞ istehsal gücünü itirdiyi üçün Çindən asılı vəziyyətə düşüb

Rubio: ABŞ istehsal gücünü itirdiyi üçün Çindən asılı vəziyyətə düşüb

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Soyuq müharibənin başa çatmasından sonra ABŞ könüllü şəkildə öz istehsal potensialından imtina edib və bu, ölkəni potensial rəqiblərdən, o cümlədən Çindən asılı vəziyyətə salıb.

Bizimyol.info xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi Marko Rubio çərşənbə axşamı qeyri-hökumət analitik mərkəzi olan “Amerika Kompası” tərəfindən təşkil olunmuş konfransda səsləndirib.

Onun sözlərinə görə, Sovet İttifaqının süqutundan sonra ABŞ-da belə bir fikir formalaşmışdı ki, “iqtisadi suverenlik artıq əhəmiyyət kəsb etmir” və “məhsulların harada istehsal olunması artıq önəmli deyil”. Rubioya görə, ABŞ-da hesab edilirdi ki, “istehsalın başqa ölkələrə köçürülməsi tamamilə normal bir haldır”.

“Amma bunun nəticəsində ölkəmiz istehsal gücünü itirdi,” – deyə Rubio əlavə edib və bunun “iqtisadiyyata zərər vurduğunu”, həmçinin iş yerlərinin azalmasına səbəb olduğunu vurğulayıb. “Bundan başqa, biz məhsul istehsal etmək imkanımızı da itirdik ki, bu da milli təhlükəsizliyimizi ciddi şəkildə zəiflətdi,” – deyə o bildirib.

Rubio çıxışında qeyd edib ki, “illərlə davam edən laqeyd münasibət və sənaye imkanlarının itirilməsi nəticəsində biz təkcə cəmiyyətə və iqtisadiyyata zərər vurmadıq, həm də qlobal mövqelərimizi zəiflətmiş olduq”. Onun sözlərinə görə, son 25-30 ildə Çin bazarda üstünlük qazanıb və ABŞ buna faktiki olaraq özü şərait yaradıb.

Hazırda isə vəziyyət elə bir həddə çatıb ki, “ABŞ-ın sənaye potensialı bir sıra potensial rəqiblərdən, o cümlədən Çindən ciddi şəkildə asılıdır”. Rubio bu durumu ABŞ qarşısında duran “ən böyük çağırışlardan biri” adlandırıb və bildirib ki, prezident Donald Trampın administrasiyası ölkənin öz vətəndaşlarını qida ilə təmin etmək və iqtisadiyyatın işləməsi, eləcə də təhlükəsizliyin qorunması üçün lazım olan məhsulları istehsal edə bilməsi istiqamətində addımlar atmağı qarşısına məqsəd qoyub.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 İyun 2025 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri