Rubio Lavrovla nələri müzakirə etdi... | Icma.az
Icma.az bildirir, Modern.az portalına istinadən. ABŞ dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığınd
"Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıb.
Dövlət katibi həftəsonu Rusiya ilə Ukrayna arasında “1000-ə 1000” əsir mübadiləsini alqışlayıb", - Dövlət Departamentinin bəyanatında deyilir.
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu iyunun 2-də İstanbulda keçiriləcək.
Hazırda Rusiya tərəfi görüş zamanı Ukrayna nümayəndə heyətinə təqdim edilməsi planlaşdırılan atəşkəs haqqında memorandum üzərində işi başa çatdırır.
Moskvanın irəli sürdüyü əsas şərtlər arasında rusdilli əhalinin hüquqlarını məhdudlaşdıran qaydaların ləğvi, Ukraynanın NATO-ya üzv olmaqdan imtinası, ölkənin neytral və qeyri-nüvə statusuna qayıtması var.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu