Rubio Lavrovla nələri müzakirə etdi...
Icma.az bildirir, Modern.az portalına istinadən.
ABŞ dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığında ötən həftəsonu həyata keçirilən genişmiqyaslı əsir mübadiləsini alqışlayıb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.
"Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıb. Dövlət katibi həftəsonu Rusiya ilə Ukrayna arasında “1000-ə 1000” əsir mübadiləsini alqışlayıb", - Dövlət Departamentinin bəyanatında deyilir.
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu iyunun 2-də İstanbulda keçiriləcək. Hazırda Rusiya tərəfi görüş zamanı Ukrayna nümayəndə heyətinə təqdim edilməsi planlaşdırılan atəşkəs haqqında memorandum üzərində işi başa çatdırır.
Moskvanın irəli sürdüyü əsas şərtlər arasında rusdilli əhalinin hüquqlarını məhdudlaşdıran qaydaların ləğvi, Ukraynanın NATO-ya üzv olmaqdan imtinası, ölkənin neytral və qeyri-nüvə statusuna qayıtması var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 29 May 2025 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















