Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Amerika Prezidenti Donald Tramp ABŞ dövlət katibi Marko Rubionu “problemi həll etmək” üçün Kubaya paraşütlə atmağı təklif edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə Texasda Respublikaçı tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
“Ola bilsin ki, İranla işimizi bitirdikdən sonra, geri qayıdarkən Markonu paraşütlə Kubaya atacağıq. Həm də onu Kubanın tam ortasına atacağıq və o, iki dəqiqəyə problemi həll edəcək”, - Tramp qeyd edib.
“Kuba hamı kimi bizim istiqamətimizdə irəliləyir, çünki hamı ölkəmizə yenidən hörmət edir”, - Amerika Prezidenti əlavə edib.
Ancaq Tramp ada ölkəsinin irəliləyişi ilə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Qeyd edək ki, sentyabrın sonlarında “CBS News” telekanalı ABŞ ordusunun daxili sənədinə istinadla ABŞ Silahlı Qüvvələrinin Kubada mümkün hərbi əməliyyat üçün hazırlıqlarını davam etdirdiyini bildirmişdi. Avqust ayında isə Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin Kuba ilə bağlı hərbi əməliyyatlar da daxil olmaqla, gələcək fəaliyyət üçün bütün variantları nəzərdən keçirdiyini ifadə etmişdi.