Rubionu paraşütlə Kubaya atmağı təklif etdi
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Amerika Prezidenti Donald Tramp ABŞ dövlət katibi Marko Rubionu “problemi həll etmək” üçün Kubaya paraşütlə atmağı təklif edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə Texasda Respublikaçı tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
“Ola bilsin ki, İranla işimizi bitirdikdən sonra, geri qayıdarkən Markonu paraşütlə Kubaya atacağıq. Həm də onu Kubanın tam ortasına atacağıq və o, iki dəqiqəyə problemi həll edəcək”, - Tramp qeyd edib.
“Kuba hamı kimi bizim istiqamətimizdə irəliləyir, çünki hamı ölkəmizə yenidən hörmət edir”, - Amerika Prezidenti əlavə edib.
Ancaq Tramp ada ölkəsinin irəliləyişi ilə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Qeyd edək ki, sentyabrın sonlarında “CBS News” telekanalı ABŞ ordusunun daxili sənədinə istinadla ABŞ Silahlı Qüvvələrinin Kubada mümkün hərbi əməliyyat üçün hazırlıqlarını davam etdirdiyini bildirmişdi. Avqust ayında isə Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin Kuba ilə bağlı hərbi əməliyyatlar da daxil olmaqla, gələcək fəaliyyət üçün bütün variantları nəzərdən keçirdiyini ifadə etmişdi.
Bu mövzuda digər xəbərlər:“Onu paraşütlə Kubaya atacağıq” Tramp Rubionu ələ saldı
28 Oktyabr 2026 13:13
Tramp Rubionu Kubaya göndərəcək Razılaşma müzakirə ediləcək
06 Mart 2026 19:40
Rubionu kopyaladılar
08 İyul 2025 19:28
Tramp Rubionu dəstəklədi FOTO
11 Yanvar 2026 18:19
Lavrov Rubionu məlumatlandırdı: Plan hazırdır!
28 May 2025 23:23
Baxış sayı:121
Bu xəbər 28 Oktyabr 2026 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















