Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Konstansa regionunun bəzi yerlərində anomal istilər üzündən qatarlara sürət məhdudiyyətləri tətbiq olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb relslərin qızmasıdır.
Belə ki, bəzi yerlərdə relslərdəki temperatur 53 dərəcəyə qədər yüksəlib. Mümkün qəzaların qarşısını almaq üçün CFR kompaniyası Konstansa Regional Xəttinin bəzi yerlərində qatarların sürətini azaltmaq barədə qərar qəbul edib. Hətta dünən bəzi xətlərdə hərəkət müəyyən müddətdə tamamilə dayandırılıb.
Qeyd edək ki, yeni qərara əsasən qatarların maksimal sürət həddi 50 km/saat olacaq. Buna kimi isə maksimal sürət yerlərdən asılı olaraq 80-120 km/saat idi.
L.Tağıyeva