Rumıniyada anomal istilərə görə qatarların sürəti azaldıldı
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Konstansa regionunun bəzi yerlərində anomal istilər üzündən qatarlara sürət məhdudiyyətləri tətbiq olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb relslərin qızmasıdır.
Belə ki, bəzi yerlərdə relslərdəki temperatur 53 dərəcəyə qədər yüksəlib. Mümkün qəzaların qarşısını almaq üçün CFR kompaniyası Konstansa Regional Xəttinin bəzi yerlərində qatarların sürətini azaltmaq barədə qərar qəbul edib. Hətta dünən bəzi xətlərdə hərəkət müəyyən müddətdə tamamilə dayandırılıb.
Qeyd edək ki, yeni qərara əsasən qatarların maksimal sürət həddi 50 km/saat olacaq. Buna kimi isə maksimal sürət yerlərdən asılı olaraq 80-120 km/saat idi.
L.Tağıyeva
Baxış sayı:132
Bu xəbər 05 Avqust 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















