Icma.az, Sportal.az saytına istinadən bildirir. "Birbaşa Bakı"nın baş məşqçisi Dan Mariuş Mitu Sportal.az saytına müsahibə verib.
- Minifutbol liqasının əsas derbisi sayılan “Zirə” ilə görüşdən qalib ayrıldınız. Görüş sizin üçün necə alındı?
- Matçdan öncə komandaya demişdim ki, çempionatda oyun pley-off deyil, vacib olan üç xaldır.
Yəni, çempionatda hansı komandanı udmağın fərqi yoxdur. Oyuna yanaşmamızda fərq yox idi.
Ola bilər ki, komanda bir az əsəbi idi, bu da çox güclü rəqiblə qarşılaşmağımız oldu. “Zirə”yə böyük hörmətlə yanaşırıq.
Məhz buna görə ola bilər ki, hər zaman tələb etdiyimiz və istədiyimiz oyunu sərgiləyə bilmədik. Pis oynadığımızı deməyim doğru çıxmaz.
Sadəcə istədiyimiz kimi oynamadıq. Buna baxmayaraq, biz hesabda 3:0 öndə idik. Bu özü də böyük önəm kəsb edir.
Son dəqiqələrdə iki asan qol buraxdıq. Bizim səviyyəmizdə olan komandada belə hallar olmamalıdır.