Icma.az
close
up
RU
Rumıniyalı məşqçi: Birbaşanın əsas məqsədlərindən biri Çempionlar Liqasını qazanmaq idi MÜSAHİBƏ

Rumıniyalı məşqçi: Birbaşanın əsas məqsədlərindən biri Çempionlar Liqasını qazanmaq idi MÜSAHİBƏ

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Birbaşa Bakı"nın baş məşqçisi Dan Mariuş Mitu Sportal.az saytına müsahibə verib.

- Minifutbol liqasının əsas derbisi sayılan “Zirə” ilə görüşdən qalib ayrıldınız. Görüş sizin üçün necə alındı?

Matçdan öncə komandaya demişdim ki, çempionatda oyun pley-off deyil, vacib olan üç xaldır. Yəni, çempionatda hansı komandanı udmağın fərqi yoxdur. Oyuna yanaşmamızda fərq yox idi. Ola bilər ki, komanda bir az əsəbi idi, bu da çox güclü rəqiblə qarşılaşmağımız oldu. “Zirə”yə böyük hörmətlə yanaşırıq. Məhz buna görə ola bilər ki, hər zaman tələb etdiyimiz və istədiyimiz oyunu sərgiləyə bilmədik. Pis oynadığımızı deməyim doğru çıxmaz. Sadəcə istədiyimiz kimi oynamadıq. Buna baxmayaraq, biz hesabda 3:0 öndə idik. Bu özü də böyük önəm kəsb edir. Son dəqiqələrdə iki asan qol buraxdıq. Bizim səviyyəmizdə olan komandada belə hallar olmamalıdır. Ancaq pley-off mərhələsində belə səhvlərə yol verməkdənsə, indi etmək daha yaxşıdır. Komandamı mübarizəyə, qələbə münasibətilə təbrik edirəm. Hər halda, “Zirə” ilə oyunu analiz edəcəyik. İşləməli olduğumuz məqamlar var. Məşqə qədər sevinəcək, amma məşqdə isə heç kim sevincli olmayacaq.

- Ötən mövsümkü “Birbaşa”-  “Zirə” oyunları ilə bu mövsümkünü müqayisə etsək, sanki “Birbaşa” daha da güclənib, “Zirə” isə zəifləyib. Razısınız?

Xeyr, razı deyilim. Çempionatın iki güclü komandası oynayırdı. Əksinə, deyərdim ki, “Zirə” bu matçda bəzi detalları da etdi. Bəlkə də, onların sadəcə bəxti gətirmədi.

- Böyük futbolumuzda hegemonluq “Qarabağ”dadır, minifutbolda isə “Birbaşa”da. Bu hegemonluq “Qarabağ”dakı kimi uzun illər gedəcək, yoxsa necə? 

Bura çempionluqlar yaşamağa, "Birbaşa" ilə Çempionlar Liqasını qazanmağa gəlmişəm. Təbii ki, ardıcıl uzun illər qalib gəlmək mümkün olacaqsa, bunu edəcəyik. Rəqiblərimiz bunu etməyimizə imkan verməməyə çalışacaq. Əsas məqsədlərdən biri Çempionlar Liqasını qazanmaq idi. Bunu da etdik. Həmin titulu qorumağa gedəcəyik. Dayanmaq fikrimiz yoxdur. 

- Qarşıdan minifutbol üzrə dünya çempionatı gəlir. Yığma komandamızın potensialını necə dəyərləndirirsiz?

Azərbaycan millisi dünya çempionatına böyük inamla yanaşmalıdır. Çünki millinizdə çox yaxşı futbolçular var. Amma təəssüf ki, onların sayı çox deyil. Allah eləməsin, əsas oyunçulardan kimsə zədələnərsə, onu kimləsə əvəzləmək çox çətin olacaq. Çünki dünya çempionatında maksimum 20 oyunçu oynayır. Əgər hər şey qaydasında olarsa, zədəli olmasa, fiziki sarıdan da hamı hazır olarsa, Azərbaycan millisinin turniri qazanmaq üçün yaxşı şansı var.

- Azərbaycan millisinə kömək olmaq üçün məşqçilər korpusunda yer almağınız mümkündür?

Bu haqda danışmaq doğru olmazdı. Azərbaycan millisinin indiyə qədər çox yaxşı nəticələri var. Bu suala cavab vermək mən tərəfdən yaxşı alınmaz. Bu ümumiyyətlə mümkün deyil. Hər məşqçinin öz oyun fəlsəfəsi, yanaşması var. Azərbaycan millisinə böyük uğurlar arzulayıram. Millinin əsas azarkeşlərindən olacam. Kömək məsələsinə gəlincə, biz onsuzda milliyə kömək edirik. Oyunçuları hazırlayırıq, komandamızdan milliyə oyunçular dəvət edilir. 

- Rumıniya millisi minifutbolun favorit komandalarındandır. Siz Azərbaycanda çalışırsız. Rumıniya millisinin məşqçilər korpusu sizdən Azərbaycan millisinin son durumu, dəyişiklikləri haqda nəsə soruşa bilər?

Bəli, ola bilər. Amma onlara nəsə deməyim, məlumat verməyim axı mənim işim deyil. Rumıniya millisinin öz məşqçiləri, oyunçuları var ki, bu məlumatları toplasınlar. Axı, oyunlar yutubda da canlı yayımlanır, baxa bilərlər. Şəxsən mən isə istəsəm belə, onlara hansısa məlumatı verə bilmərəm. Hamı Azərbaycan millisini əla tanıyır, güclü komanda olduğunu bilirlər. Özü də, gələn il dünya çempionatı da keçiriləcək.

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sportal.az
archiveBu xəbər 05 Dekabr 2024 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri