Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyalı ekspert Timofey Bordançov bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun Rusiyanı genişləndirilmiş G7 toplantısına dəvət etmək təklifi və Donald Trampın Sülh Şurası təşəbbüsündə iştirakdan imtina etməsi Avropanın qlobal sistemdə zəifləyən mövqeyini kompensasiya etməyə yönəlmiş taktiki addımdır.
KONKRET.az xəbər verir ki, Milli Tədqiqat Universiteti – Ali İqtisadiyyat Məktəbinin Avropa və Beynəlxalq Kompleks Tədqiqatlar Mərkəzinin elmi direktoru, professor Timofey Bordançov Makronun Rusiyanı Parisdə keçirilməsi planlaşdırılan genişləndirilmiş G7 sammitinə dəvət etmək ideyasını və Donald Trampın Sülh Şurası təşəbbüslərinə qoşulmamaq qərarını Sputnik-ə şərh edib.
Bordançov vurğulayıb ki, Avropa ölkələri xüsusilə Qrenlandiya məsələsinə görə ciddi narahatlıq içindədirlər: “Məncə, avropalılar Qrenlandiya hekayəsindən həqiqətən çox qorxdular, çünki bu, onların dünyadakı mövqeyini kökündən dəyişir.
Bu, sadəcə ərazi məsələsi deyil; onların qlobal sistemdəki yeri ilə bağlıdır.
Və onlar bunu hər vəchlə önləməyə çalışırlar.” Bu kontekstdə Bordançov qeyd edib ki, Avropa Vaşinqton qarşısında hələ də “işə yarar” olduğunu sübut etməyə çalışır və Makronun təşəbbüsü də məhz bu çərçivədə dəyərləndirilməlidir: “Bunun qarşısını almaq üçün Trampa avropalıların nələrəsə qadir olduqlarını göstərəcək müxtəlif ssenarilər yaratmağa çalışırlar.
Məsələn, ‘Ukrayna məsələsində səni biz dəstəkləyə bilərik, Rusiyanı bir toplantıya çağırarıq, hamılıqla bir razılaşma zəmini taparıq’ demək istəyirlər.
Yəni Trampa böyük xidmətlər göstərə biləcəklərini nümayiş etdirməyə çalışırlar ki, o da Qrenlandiya məsələsində onlarla müəyyən kompromisə getsin.” Bordançov Makronun Rusiyanı genişləndirilmiş G7-yə dəvət etmək ideyasının strateji deyil, tamamilə taktiki xarakter daşıdığına diqqət çəkib: “Bu, bütövlükdə ABŞ ilə Avropa arasındakı münasibətlərlə bağlı olan taktiki bir jestdir.