Icma.az
close
up
RU
Rus ekspert: “Makronun Rusiyanı genişləndirilmiş KONKRET

Rus ekspert: “Makronun Rusiyanı genişləndirilmiş KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyalı ekspert Timofey Bordançov bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun Rusiyanı genişləndirilmiş G7 toplantısına dəvət etmək təklifi və Donald Trampın Sülh Şurası təşəbbüsündə iştirakdan imtina etməsi Avropanın qlobal sistemdə zəifləyən mövqeyini kompensasiya etməyə yönəlmiş taktiki addımdır.

KONKRET.az xəbər verir ki, Milli Tədqiqat Universiteti – Ali İqtisadiyyat Məktəbinin Avropa və Beynəlxalq Kompleks Tədqiqatlar Mərkəzinin elmi direktoru, professor Timofey Bordançov Makronun Rusiyanı Parisdə keçirilməsi planlaşdırılan genişləndirilmiş G7 sammitinə dəvət etmək ideyasını və Donald Trampın Sülh Şurası təşəbbüslərinə qoşulmamaq qərarını Sputnik-ə şərh edib.
Bordançov vurğulayıb ki, Avropa ölkələri xüsusilə Qrenlandiya məsələsinə görə ciddi narahatlıq içindədirlər:

“Məncə, avropalılar Qrenlandiya hekayəsindən həqiqətən çox qorxdular, çünki bu, onların dünyadakı mövqeyini kökündən dəyişir. Bu, sadəcə ərazi məsələsi deyil; onların qlobal sistemdəki yeri ilə bağlıdır. Və onlar bunu hər vəchlə önləməyə çalışırlar.”
Bu kontekstdə Bordançov qeyd edib ki, Avropa Vaşinqton qarşısında hələ də “işə yarar” olduğunu sübut etməyə çalışır və Makronun təşəbbüsü də məhz bu çərçivədə dəyərləndirilməlidir:

“Bunun qarşısını almaq üçün Trampa avropalıların nələrəsə qadir olduqlarını göstərəcək müxtəlif ssenarilər yaratmağa çalışırlar. Məsələn, ‘Ukrayna məsələsində səni biz dəstəkləyə bilərik, Rusiyanı bir toplantıya çağırarıq, hamılıqla bir razılaşma zəmini taparıq’ demək istəyirlər. Yəni Trampa böyük xidmətlər göstərə biləcəklərini nümayiş etdirməyə çalışırlar ki, o da Qrenlandiya məsələsində onlarla müəyyən kompromisə getsin.”

Bordançov Makronun Rusiyanı genişləndirilmiş G7-yə dəvət etmək ideyasının strateji deyil, tamamilə taktiki xarakter daşıdığına diqqət çəkib:

“Bu, bütövlükdə ABŞ ilə Avropa arasındakı münasibətlərlə bağlı olan taktiki bir jestdir. Bunun Rusiya ilə birbaşa əlaqəsi yoxdur. BRICS-lə də heç bir əlaqəsi yoxdur. Makronun Rusiyanı G7-yə dəvət etmək ideyası nə Rusiyaya, nə BRICS-ə, nə də çoxqütblülük müzakirələrinə dair real bir açılım deyil — bu, sadəcə Avropa–ABŞ münasibətlərinin bir hissəsidir.”

Ekspert əlavə edib ki, bu cür addımlar Avropanın Vaşinqton qarşısında itirdiyi təsiri geri qaytarmaq və ABŞ daxili siyasətində mübahisəli mövzularda yenidən özünü “əvəzolunmaz tərəfdaş” kimi təqdim etmək cəhdlərinin davamıdır.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Yanvar 2026 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri