Rus hərbçiləri Kiyevdə hərbi sənaye kompleksinin vurulduğunu bildiriblər

06.07.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Rusiya Müdafiə Nazirliyinin bazar ertəsi verdiyi məlumata görə, Kiyev bölgəsinə  genişmiqyaslı gecə hücumu zamanı Ukraynadakı əsas müdafiə zavodları və yanacaq-enerji obyektləri vurulub.

Məlumatı “İnterfaks.ru” verib. 

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında Vişnevoe yanacaq və sürtkü yağları anbarına zərbə endirildiyi bildirilib. Bəyanatda deyilir: “Obyektdə saxlanılan benzin və dizel yanacağı ehtiyatları döyüş bölgəsinə təcili yanacaq çatdırılması üçün istifadə olunurdu”.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “Kiyev şəhərində aşağıdakılar vurulub: Ukrayna hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biri olan və Strela, Mara, Sirko, Avenger, Elf-K, Flight Arrow və Shrike-10 FPV dronları kimi uzun və orta mənzilli pilotsuz uçuş aparatlarının, eləcə də telemetriya, elektron və optik avadanlıqların hazırlanması və istehsalında ixtisaslaşmış Kiyev-71 sənaye müəssisəsi (Abris PT assosiasiyası)”.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью