Rus hərbçiləri Kiyevdə hərbi sənaye kompleksinin vurulduğunu bildiriblər
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rusiya Müdafiə Nazirliyinin bazar ertəsi verdiyi məlumata görə, Kiyev bölgəsinə genişmiqyaslı gecə hücumu zamanı Ukraynadakı əsas müdafiə zavodları və yanacaq-enerji obyektləri vurulub.
Məlumatı “İnterfaks.ru” verib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında Vişnevoe yanacaq və sürtkü yağları anbarına zərbə endirildiyi bildirilib. Bəyanatda deyilir: “Obyektdə saxlanılan benzin və dizel yanacağı ehtiyatları döyüş bölgəsinə təcili yanacaq çatdırılması üçün istifadə olunurdu”.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “Kiyev şəhərində aşağıdakılar vurulub: Ukrayna hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biri olan və Strela, Mara, Sirko, Avenger, Elf-K, Flight Arrow və Shrike-10 FPV dronları kimi uzun və orta mənzilli pilotsuz uçuş aparatlarının, eləcə də telemetriya, elektron və optik avadanlıqların hazırlanması və istehsalında ixtisaslaşmış Kiyev-71 sənaye müəssisəsi (Abris PT assosiasiyası)”.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 06 İyul 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















