RUS KƏŞFİYYATININ NÖVBƏTI ÇİRKİN OYUNU Polkovnikin qətli Bakı ilə Kiyevin arasını vurmağa …
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verildiyi kimi, iyulun 10-da Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniç qətlə yetirilib.
Ukrayna mediasının yaydığı məlumata görə, polkovnik Voroniç Donbasda separatçı liderlərin zərərsizləşdirilməsi üzrə bir sıra uğurlu əməliyyatların təşkilatçısı olub və bu səbəbdən Rusiya xüsusi xidmət orqanlarının "ölüm siyahısı"nda yer alıb.Ukrayna Təhlükəsizlik Xidməti qətli törədən şəxslərin izinə düşərək xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı müqavimət göstərən iki nəfər zərərsizləşdirilib.Tanınmış ukraynalı hərbi jurnalist Yuri Butusov “Censor.net” saytında dərc etdiyi məlumatda bildirib ki, zərərsizləşdirilən şəxslər Azərbaycan vətəndaşları – Xaqani Quləlizadə və Nərmin Quliyevdir.
Butusovun sözlərinə görə, hər iki şəxs Rusiya Federasiyasının xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilib və onların Ukraynaya göndərilməsində məqsəd polkovnik Voroniçi fiziki olaraq aradan qaldırmaq olub.
Butusovun kifayət qədər məlumatlı və peşəkar şəxs olduğunu nəzərə alsaq, məlumatın tezliklə rəsmən də təsdiqlənəcəyini gözləmək olar.
Bu qətldə açıq siyasi məqsədlərin olduğu heç bir şübhə doğurmur.
Məlum məsələdir ki, məlum səbəblərdən Moskvadan getdikcə uzaqlaşan Azərbaycanın özünəməxsus, müstəqil xarici siyasətində Rusiyanı qıcıqlandıran istiqamətlərdən biri Ukrayna ilə münasibətlərdir.
Tam oxu
Xəbəri oxu