Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

RUS KƏŞFİYYATININ NÖVBƏTI ÇİRKİN OYUNU Polkovnikin qətli Bakı ilə Kiyevin arasını vurmağa ximət edir, amma...

RUS KƏŞFİYYATININ NÖVBƏTI ÇİRKİN OYUNU Polkovnikin qətli Bakı ilə Kiyevin arasını vurmağa ximət edir, amma...

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verildiyi kimi, iyulun 10-da Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniç qətlə yetirilib. Ukrayna mediasının yaydığı məlumata görə, polkovnik Voroniç Donbasda separatçı liderlərin zərərsizləşdirilməsi üzrə bir sıra uğurlu əməliyyatların təşkilatçısı olub və bu səbəbdən Rusiya xüsusi xidmət orqanlarının "ölüm siyahısı"nda yer alıb.

Ukrayna Təhlükəsizlik Xidməti qətli törədən şəxslərin izinə düşərək xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı müqavimət göstərən iki nəfər zərərsizləşdirilib.

Tanınmış ukraynalı hərbi jurnalist Yuri Butusov “Censor.net” saytında dərc etdiyi məlumatda bildirib ki, zərərsizləşdirilən şəxslər Azərbaycan vətəndaşları – Xaqani Quləlizadə və Nərmin Quliyevdir.

Butusovun sözlərinə görə, hər iki şəxs Rusiya Federasiyasının xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilib və onların Ukraynaya göndərilməsində məqsəd polkovnik Voroniçi fiziki olaraq aradan qaldırmaq olub. Butusovun kifayət qədər məlumatlı və peşəkar şəxs olduğunu nəzərə alsaq, məlumatın tezliklə rəsmən də təsdiqlənəcəyini gözləmək olar.

Bu qətldə açıq siyasi məqsədlərin olduğu heç bir şübhə doğurmur. Məlum məsələdir ki, məlum səbəblərdən Moskvadan getdikcə uzaqlaşan Azərbaycanın özünəməxsus, müstəqil xarici siyasətində Rusiyanı qıcıqlandıran istiqamətlərdən biri Ukrayna ilə münasibətlərdir. Azərbaycan Kremlin hələ də “arxa bağçası” hesab etdiyi və Pribaltika ölkələrini çıxmaq şərtilə keçmiş SSRİ respublikları arasında Ukraynaya on milyonlarla dollarlıq humanitar yardım göstərən və bunu açıq bəyan edən yeganə ölkədir.

Azərbaycan ən çətin günlərində - qışın ortasında Ukraynanın enerji infrastrukturu Rusiya tərəfindən bombalananda, insanlar işıqsız, istiliksiz qalanda Kiyevə vəziyyətdən çıxmaq üçün generatorlar və digər həyati əhəmiyyətli avadanlıqlar göndərib. Azərbaycan valideynlərini itirmiş ukraynalı uşaqların reabilitasiyasını təşkil edib, onların ölkəmizə səfərini və burada qalmasını maliyyələşdirib. Ukraynanın bir sıra dağıdılmış şəhər və qəsəbələrində ictimai obyektlərin bərpasını və inşasını həyata keçirib.

Azərbaycan Prezidenti Ukraynada işğalçılıq müharibəsibaşlayandan bəri dəfələrlə Ukrayna başçısı ilə görüşüb və telefon əlaqəsi saxlayıb. Azərbaycan bütün platformalarda, o cümlədən də ölkə başçısının dilindən Ukraynanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıdığını bəyan edib.

Ümumilikdə Azərbaycanın Ukraynaya münasibətdə atdığı müsbət addımların siyahısını uzatmaq da olar və təbii ki, bütün bunlar Kremlin narazılığına və hiddətinə səbəb olur. Bu baxımdan xüsusilə də Bakı və Moskva arasındakı son gərginlik fonunda Ukrayna paytaxtında SBU polkovnikinin qətlinə məhz Azərbaycan kökənli şəxslərin cəlb olunması qətiyyən təsadüfi görünmür. Hər nə qədər “cinayətkarın milliyyəti olmur” deyilsə də, belə səs-küylü cinayətlərdə digər millətlərdən olan şəxslərin adının keçməsi istənilən ölkədə cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bu baxımdan Rusiya kəşfiyyatının bu çirkin plana Azərbaycan kökənli şəxsləri cəlb etməsi Ukrayna cəmiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmağa, Bakı ilə Kiyevin münasibətlərini soyutmağa yönələn addım kimi görünür.

“Krokus-siti” cinayəti də başda olmaqla, bütün terror və kriminal hadisələrə “milli don” geydirməyə adət etmiş Kreml eyni reaksiyanı bu cür çirkin əməliyyatlar, qətllər təşkil etdiyi Ukraynadan və digər keçmiş SSRİ respublikalarından da gözləyir. Görünür, “hər şeyi öz arşını ilə ölçən” Kreml Kiyevin də özünün Rusiyada qeyri millətlərə qarşı atdığı çirkin addımlara bənzər addımlar atacağına ümid edir. Yenə də postsovet məkanını məhz bu cür planlarla – xalqları, milətləri bir-birinə qarşı qoymaqla, “parçala idarə et” üsulu ilə nəzarərtdə saxlamağa, idarə etməyə çalışır.

Qeyd edək ki, zatən Ukraynada Azərbayacna qarşı kampaniyalara can-başla qoşulan, hətta onları təşkil edən siyasi qüvvələr var. Onlar əsasən hazırkı Zelenski hakimiyyətinə müxalifətdə duranların düşərgəsindədirlər. Ötən il Ukraynada SOCAR ətrafında qaldırılan səs-küy bu qüvvələrin kimliyi və məqsədləri barədə müəyyən təsəvvürlər yaratmışdı. Rus kəşfiyyatının qeyd etdiyimiz son cinayəti də anti-Azərbaycan kampaniyası aparan həmin qüvvələrin əlinə yeni bəhanə verə bilər.

Lakin Ukrayna rəhbərliyi, eləcə də Ukrayna cəmiyyətinin “çörəyi dizi üstündə olmayan” əsas kəsimi nələr baş verdiyini və bu çirkin planların nəyə xidmət etdiyini yaxşı başa düşür. Yaxşı başa düşür ki, bu cür təxribatların dövlət və cəmiyyət olaraq, Azərbaycanla heç bir əlaqəsi yoxdur və bu, zaman-zaman işğala məruz qalmış iki dövlətin, xalqın arasını vurmağa yönələn rus kəşfiyyatının növbəti çirkin, uğursuz həmləsindən başqa bir şey deyil.

C.Məmmədli

“AzPolitika.info”   

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 İyul 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri